Windows 10 dəstəyinin dayandırılması
Microsoft şirkəti 14 oktyabr 2025 tarixindən etibarən aşağıdakı xidmətlərin göstərilməsini dayandıracaq:
- Texniki dəstək: Microsoft artıq Windows 10 üçün texniki yardım göstərməyəcək.
- Funksiya yeniləmələri: Windows 10 üçün yeni funksiyalar və yeniləmələr təqdim olunmayacaq.
- Təhlükəsizlik yeniləmələri: Göstərilən tarixdən sonra Microsoft Windows 10 üçün təhlükəsizlik yeniləmələri buraxmayacaq.
Əgər heç bir tədbir görülməsə, aşağıdakı risklər yaranaca:
- Qurğuların virus və digər zərərli proqramlarla yoluxma riski dəfələrlə artacaq;
- Windows 10 əməliyyat sistemi olan cihazlarda Microsoft 365 tətbiqlərinin dəstəyi olmayacaq;
- Yeni Microsoft 365 tətbiqləri və texnologiyaları dəstəksiz Windows 10 əməliyyat sistemində işləməyə bilər.
Görülməli tədbirlər haqqında ətraflı məlumatı MONT TECH, şirkətindən, şəxsi menecerinizə müraciət edərək və ya ms_cis@monttech.ae ünvanına yazaraq əldə edə bilərsiniz.