Windows Server ilə uğurunuza sərmayə yatırın
Windows Server 2022 — tətbiqlər üçün genişləndirilmiş çoxsəviyyəli müdafiə sisteminə və Azure-a hibrid qoşulma imkanlarına malik olan çevik platformadır. Bu buraxılış versiyada biz Windows Server əməliyyat sisteminin, daxili proqram təminatının və avadanlıqların müasir təhlükələrdən qorunması üçün qorunan nüvə imkanlarını təqdim edirik.
Qorunan nüvəyə malik olan server proqram təminatının zəifliklərini və müasir zərərli proqram təminatının risklərini minimuma endirmək üçün Windows Defender System Guard və virtualizasiya əsaslı qoruma texnologiyalarını istifadə edir. Yeni buraxılışda daha sürətli və təhlükəsiz HTTPS şifrələnmiş qoşulma, sənaye standartına uyğun SMB AES 256 şifrələməsi və bir çox başqa yeni imkanlar təqdim edən qorunan qoşulma imkanları da nəzərdə tutulmuşdur.
Windows Server 2022 virtual maşınların idarə edilməsində əhəmiyyətli təkmilləşdirmələr, yenilənmiş hadisə görüntüləyici və Windows Admin Center-də yaradılmış bir çox yeni imkanlar sayəsində hibrid serverlərin idarə edilməsini sadələşdirir. Bundan əlavə, buraxılışda Windows konteynerlərində əhəmiyyətli təkmilləşdirmələr, məsələn, daha sürətli yüklənmə üçün görüntü ölçüsünün kiçildilməsi, şəbəkə siyasətinin sadələşdirilmiş tətbiqi və tətbiqlər üçün konteynerləşdirmə alətləri kimi yeniliklər də yer alır.
Windows Server 2022 ilə biznesiniz üçün vacib əməliyyatları rahatlıqla həyata keçirin:
- Qorunan nüvəli server əsasında geniş və çoxsəviyyəli təhlükəsizlik vasitələrindən istifadə edin.
- 48 TB yaddaş, 64 soket və 2048 məntiqi nüvədən istifadə edərək, SQL Server kimi biznes üçün vacib iş yüklərini rahatlıqla idarə edin.
- Virtual maşınların idarə olunmasını və hadisələrin görüntülənməsini təkmilləşdirmək, həmçinin Azure Arc vasitəsilə Azure-a qoşulmaq üçün Windows Admin Center-dən istifadə edin.
Microsoft həllərini əldə edən partnyorlarımız, həmçinin məhsulların istifadəsinə dair dəstək və məsləhət almaq imkanlarından da faydalanırlar. Microsoft həlləri ilə bağlı suallarınızı bizə yazın: product@monttech.az.